UEFA Avropa Liqası: “Qarabağ” – “Nant” – 3:0

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Nant” oyununda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi hesab arasındakı fərqi üç topa çatdırıb – 3:0. Azərbaycan çempionunun heyətində matçın 72-ci dəqiqədə Marko Yankoviç fərqlənib.

“Qarabağ”ın digər qollarını isə Kvabena Ovusu və Abdullah Zubir vurublar.

G qrupunun digər matçında Yunanıstanın “Olimpiakos” klubu “Frayburq”u (Almaniya) qəbul edir. Hazırda Almaniya klubu 3:0 hesabı ilə öndədir.

Qeyd edək ki, “Nant” ilk turda “Olimpiakos”u məğlub edib – 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

ƏvvəlkiGöyçayda şəhid əsgər Elnur Məhərrəmovla vida mərasimi keçirilib
NövbətiQazaxıstan parlamenti paytaxtın adının geri qaytarılması haqqında layihəni qəbul edib