Üç gün ərzində qeyri-sabit hava şəraiti hökm sürəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti üç gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

ƏvvəlkiAzərbaycanın Birinci vitse-prezidentinin Katibliyi bəyanat yayıb
NövbətiAzərbaycanda vergidən yayınanlar barədə xəbər verənlərə mükafatlar verilə bilər