Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

Azərbaycana səfərə gəlmiş Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, qonaqlar elm və təhsil naziri Emin Əmrullayev və AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər.

Əvvəlcə qonaqlara AzTU-da görülən işlər haqqında ətraflı məlumat verilib. AzTU və Türkiyə universitetləri arasında mövcud əməkdaşlığın vəziyyəti, birgə həyata keçirilən layihələr və perspektivdə nəzərdə tutulan fəaliyyətlər barədə müzakirələr aparılıb.

Daha sonra qonaqlar AzTU-nun kampusunu ziyarət ediblər.

ƏvvəlkiAzərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb
NövbətiAzərbaycan Gürcüstanda keçiriləcək dünya çempionatına dəvət olunub