Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki“Facebook” və “Instagram” hazırda texniki səbəblərdən əlçatan deyil
NövbətiTürkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub