Türkiyədə son sutkada COVID-19-dan 81 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca  son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  139 675 şübhəli koronavirus testindən keçib, onlardan 2483-nün cavabı pozitiv çıxıb, 1928 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  2730 nəfər olub.

Türkiyədə ümumilikdə 389 256  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 803 nəfər ölüb.

Nazir ağır xəstə sayının artmasını bir daha vurğulayaraq, COVID-19-un çətinliklərini yaşamamaq üçün, insanları tədbirlərə düzgün əməl etməyə çağırıb.

ƏvvəlkiHeydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunan Oqtay Gülalıyev sabah Bakıya gətirilir
NövbətiNaxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlər Vətənə sədaqət andı içiblər