Türkiyə və Türkmənistan ticarət dövriyyəsini 2,5 dəfə artırır

Türkiyə və Türkmənistan qarşılıqlı ticarət dövriyyəsini 2,5 dəfə artıraraq, 5 milyard dollara çatdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Aşqabaddakı səfiri Toqan Oralın yazdığı məqalədə deyilir.

“Türkiyə Türkmənistanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Pandemiyanın təsirlərinə baxmayaraq, 2021-ci ildə Türkiyə ilə Türkmənistan arasında xarici ticarətin həcmi əvvəlki illə müqayisədə 41% artaraq 2 milyard dolları ötüb. Bizim ümumi ticarət həcmimiz 2022-ci ilin ilk 8 ayı 1 milyard 330 milyon dollara çatıb. Biz prezidentlərimizin qarşıya qoyduğu 5 milyard dollarlıq hədəfə ən qısa zamanda çatmağa çalışırıq”, – səfir qeyd edib.

Oral vurğulayıb ki, türk şirkətləri bu günədək Türkmənistanda 50 milyard dollar dəyərində 1000-dən çox layihə həyata keçirib.

ƏvvəlkiMehriban Əliyeva Türkiyənin milli bayramı münasibətilə paylaşım edib
NövbətiRusiya Qara dənizdə baş verənlərlə bağlı BMT TŞ-ın iclasının çağırılmasını istəyib