Türkiyə şirkətləri Qarabağda yaradılan sənaye parklarına investisiya yatırmağa dəvət edilib

Türkiyənin Bursa Ticarət və Sənaye Palatasına daxil olan şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri edib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Türkiyədə kimya sənayesi sahəsində fəaliyyət göstərən 15-dən çox şirkətin əməkdaşı iştirak edib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov şirkət nümayəndələrinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Görüşdə iştirak edən şirkət nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olublar.

ƏvvəlkiABŞ-nin İraqdakı hərbi bazası növbəti raket hücumuna məruz qalıb
NövbətiBeynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib