Türkiyə “S-400″ün bir hissəsini istismar edir

Türkiyə Rusiyanın “S-400” zenit-raket sistemlərini yerləşdirməyə davam edir və kompleksin müəyyən sistemlərinin istismarına başlayıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu mayın 8-də Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib.

Onun sözlərinə görə, “S-400”ün yerləşdirilməsi davam edir və müəyyən sistemlər istismara verilib.

İ.Demir Rusiyanın Türkiyədə yerləşdirilən “S-400”lərə “istədiyi girişi” əldə etməyəcəyini də söyləyib: “Təchizat müqaviləsində təlim, texniki xidmət, texniki dəstək haqqında müddəaların olmasına baxmayaraq, Rusiya heyəti “S-400” batareyalarından istədiklərini əldə edə bilməyəcək”.

Qeyd edək ki, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın aprelin 30-da “S-400″ün koronavirus pandemiyası səbəbindən ölkə ərazisində yerləşdirilməsinin təxirə salındığını söyləmişdi. Bununla belə o, işlərin planlaşdırıldığı kimi davam edəcəyini də vurğulamışdı.

Dövlət Departamentinin sözçüsü Morqan Ortequs aprelin 21-də bildirmişdi ki, Vaşinqton Ankaranın “S-400”ün istismarına başlamasından “çox narahatdır”.

ƏvvəlkiAzərbaycanda tədris mərkəzinin vəzifəli şəxsinə cinayət işi başlanıldı
NövbətiBəhruz Quliyev: Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə nümunəvi ölkədir