Türkiyə prezidenti: “NATO bizə cavab verə bilmir”

“Biz onlardan NATO-nun 5-ci maddəsinə əsasən soruşuruq: “Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməzdən əvvəl, Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib.

O, son günlər Bəşşar Əsəd hakimiyyəti ilə terrorçu PKK/YPG-PYD-nin təsis etdiyi Suriya Demokratik Gücləri arasında danışıqlara da münasibət bildirib: “İndi bir çox dedi-qodular edilir. Kobanidəki antiterror əməliyyatına Rusiyanın müsbət yanaşması ilə bağlı problem olmayacaq. Menbic məsələsində ABŞ-la qarşılıqlı əlaqələrimizə əsasən, ABŞ 90 gün ərzində oranı boşaltmalı idi. Menbiçə biz yox, sahibləri ərəblər daxil olacaq”.

Biz onlardan NATO-nun 5-ci maddəsinə əsasən soruşuruq: “Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?”. Təbii ki bu suala cavab vermirlər. NATO üzvü olan yeganə müsəlman ölkə Türkiyədir. NATO-nun funksiyalarından biri həm də terrora qarşı mübarizədir. Ancaq NATO bölgədə öz vəzifsini yerinə yetirmir. NATO-nun baş katibi Yens Stoltenberqin məsələyə münasibəti çox fərqlidir”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti Britaniyanın baş naziri Boris Consonla telefon danışığından da bəhs edib: “Boris Conson biz sizə necə yardım edə bilərik?” dedi””.

Ərdoğan Suriya ilə sərhəddəki vəziyyətdən danışaraq bildirib: “600 top mərmisinin bizim torpaqlara atılmasına onların laqeyd qalması məlumdur. Şəhidlərimiz və yaralılarımz var. Evlərini boşaldanlar var”.

O, xarici KİV-in antiterror əməliyyatını təhrif etməsi ilə bağlı deyib: “Bu, onların taktikasıdır. İndi də eyni taktikadan istifadə edirlər. Onlar saxtakarlıqlar edəcək, biz isə doğrunu deyəcəyik. Onlar istədiyi qədər hədəfdən yayınsalar da, biz doğrunu deyəcəyik. Bunlar bizi həqiqəti deməkdən çəkindirə bilməz”.

ƏvvəlkiƏrdoğan Azərbaycana səfərə yola düşüb
NövbətiÖzbəkistan prezidenti Azərbaycana səfərə gəlib