Türkiyə Prezidenti: “Dövlət Baxçalı TBMM-ə müvəqqəti sədrlik edəcək”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinə müvəqqəti sədrlik edəcək.

“Report” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”nin ortaq yayımında deyib.

“Dövlət müvəqqəti Məclisin sədri olacaq, biz onunla bu prosesi keçmişik. Onun haqqıdır”, – Ərdoğan qeyd edib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament seçkiləri keçirilib. Yekun nəticələrə əsasən, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51 deputat yeri əldə edib.

ƏvvəlkiMayın 17-si gündüzdən 18-i səhərədək bəzi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq
NövbətiDmitri Medvedev: Heydər Əliyev dünya tarixində müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb