Dmitri Medvedev: Heydər Əliyev dünya tarixində müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb

Heydər Əliyev dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə edib.

Məktubda deyilir ki, Heydər Əliyev öz xalqının layiqli oğlu olaraq, yeni Azərbaycanın – beynəlxalq aləmdə müstəqil və praqmatik siyasətini həyata keçirən güclü, firavan respublikanın hazırkı inkişaf istiqamətinin əsasını qoyub.

Dmitri Medvedev qeyd edib ki, Rusiyada ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin davamlı inkişafına Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndirirlər.

ƏvvəlkiTürkiyə Prezidenti: “Dövlət Baxçalı TBMM-ə müvəqqəti sədrlik edəcək”
NövbətiMilli Məclisdə Rusiya Federal Məclisi Federasiya Şurasının nümayəndə heyəti ilə görüş olub