Türkiyə ordusu İraqın şimalında 2 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalında iki PKK terrorçusunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində məhv edilib.

Nazirlik qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri bölgədə terrorun təzahürlərinə qarşı qətiyyətli mübarizəni davam etdirəcək.

ƏvvəlkiYunanıstan azərbaycanlıların olduğu gəmiyə atəş açıb
NövbətiMingəçevir Dövlət Universitetində yeni tədris ilinin başlanması münasibətilə görüşlər keçirilib