Türkiyə müxalifətinin prezidentliyə namizədi bəlli oldu

Türkiyədə mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində müxalifətin namizədi açıqlanıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, “Altılı” masanın namizədi Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu olub.

Qeyd edək ki, bir qədər əvvəl CHP, Demokratik Partiya, Səadət Partiyası, DEVA Partiyası, İyi Partiya və Gələcək Partiyası rəhbərlərinin görüşü başlamışdır. Fikir ayrılığı səbəbindən “Altılı masa”nı tərk etmiş İyi Partiyanın sədri Meral Akşenerin yenidən masaya qayıtması gözlənilməz olmuşdur.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının prezidentliyə namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır.

ƏvvəlkiCeyhun Bayramov: Azərbaycan DİM-in həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə edib
NövbətiFüzuli şəhərində Qazaxıstan tərəfindən tikiləcək incəsənət məktəbinin təməli qoyulub