Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında yeni əməliyyat üçün hazırlıqlarını başa çatdırıb. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. Bundan əvvəl KİV-lər Türkiyə aviasiyasının Suriyanın Haseke əyalətindəki PYD/YPG bölmələrinin bazasına zərbələr endirdiyini barədə məlumat verib. “Suriyalıların təhlükəsizliyini təmin etmək üçün etibarlı bölgə və dəhlizin yaradılması zəruridir. Bu, bölgəmizin sabitliyinə və əmin-amanlığına töhfə verəcək. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı heç vaxt sərhədlərimizdə terror dəhlizinin yaradılmasına imkan verməyəcək” deyə nazirlik əlavə edib.

ABŞ Ticarət Nazirliyi 28 Çin şirkətini “qara siyahı”ya salıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” müvafiq sənədə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Çin şirkətləri ölkədəki Uyğur əhalisinin hüquqlarının pozulmasına görə ABŞ tərəfindən “qara siyahı”ya salınıb. Bildirilib ki, şirkətlər ABŞ-ın xarici siyasət maraqlarına zidd hərəkət edib.

Bundan əlavə, nazirlik hesab edir ki, bu təşkilatlar ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır.

ƏvvəlkiTürkiyə Suriyanın şimalında əməliyyata hazırdır
NövbətiNeftçalada 66 yaşlı kişi yanıq xəsarətləri alıb