Neftçalada 66 yaşlı kişi yanıq xəsarətləri alıb

Neftçala rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Piriyev Cahangir Əlövsət oğlunun yaşadığı yarımtikili anidən alovlanıb. Yanğın söndürülsə də C. Piriyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

ƏvvəlkiTürkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında yeni əməliyyat üçün hazırlıqlarını başa çatdırıb. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. Bundan əvvəl KİV-lər Türkiyə aviasiyasının Suriyanın Haseke əyalətindəki PYD/YPG bölmələrinin bazasına zərbələr endirdiyini barədə məlumat verib. “Suriyalıların təhlükəsizliyini təmin etmək üçün etibarlı bölgə və dəhlizin yaradılması zəruridir. Bu, bölgəmizin sabitliyinə və əmin-amanlığına töhfə verəcək. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı heç vaxt sərhədlərimizdə terror dəhlizinin yaradılmasına imkan verməyəcək” deyə nazirlik əlavə edib.
NövbətiSamuxda kişi baldızını bıçaqlayıb