Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi vəfat edib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Yaşar Böyükanıt vəfat edib.

Türk.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, noyabrın 21-də səhər saatlarında 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 4 gün əvvəl Y.Böyükanıtın həyat yoldaşı Filiz Böyükanıt da vəfat etmişdi.