Gürcüstandan mal-qara ixracı sərtləşdiriləcək

erli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi qanun layihəsi hazırlayıb.

Sənədə əsasən, ixrac olunacaq iribuynuzlu mal-qaranın çəkisininGürcüstandan mal-qaranın ixracına tətbiq olunan məhdudiyyətlərin sərtləşdirilməsi planlaşdırılır.

“Report”un y 140 kiloqramdan 200 kiloqrama qədər artırılması nəzərdə tutulub.

Qanun layihəsi ilin sonuna qədər ölkə parlamentinə təqdim olunacaq.

Ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Giorgi Xanişvili bildirib ki, mal-qara ixracına olan məhdudiyyətlərin sərtləşdirilməsi əsasən daxili bazarda ət çatışmazlığının yaranması ilə bağlıdır: “Son 3-4 ildə Gürcüstandan, təxminən, 500 000 baş mal-qara ixrac olunub. Bu, təbii olaraq ölkədə mal-qaranın sayının azalmasına gətirib çıxarıb”.

Qeyd edək ki, Gürcüstandan mal-qara ixracının artması ölkədə ətin bahalaşmasına səbəb olur. Azərbaycan bu ölkədən diri mal-qara idxal edən əsas ölkələrdən biridir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan qonşu ölkədən ümumi dəyəri 6 724,7 min dollar olan 4 028 ton diri iribuynuzli mal-qara tədarük edib.

ƏvvəlkiBakıda iki uşağın üzərinə qaynar su tökülüb
NövbətiTürkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi vəfat edib