Bakıda iki uşağın üzərinə qaynar su tökülüb

Bakıda ikisi azyaşlı olmaqla 3 nəfər yanıb.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda qeydə alınıb.

Məlumata görə, hər üç şəxsin üzərinə qaynar su tökülüb.

Səhiyyə Nazirliyindən “Report”a bildirilib ki, yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma saat 22.32 də daxil olub: “Xəzər rayonu, Binə südçülük sovxozuna gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı Xəstəxananın Yanıq şöbəsinə çatdırıb. Həkimlər onlara aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyublar”.

ƏvvəlkiErmənistan atəşkəs rejimini 22 dəfə pozub
NövbətiGürcüstandan mal-qara ixracı sərtləşdiriləcək