Bakı polisi: Şəhid adından istifadə etməklə dələduzluq edən şəxs barəsində araşdırmalara başlanılıb

Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.

Bakı Şəhər Baş Baş Polis Mətbuat Xidmətindən “Report”a bildirilib ki, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərinin şəhidi Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.

ƏvvəlkiTürkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi vəfat edib
NövbətiAvropa İttifaqı ilə Avrasiya arasındakı aviasiya məlumatları Bakıdakı serverlərdə saxlanılacaq