Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir: “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü münasibətilə təbrik edirik. “Bir millət – iki dövlət” prinsipi əsasında qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.