Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı hazırlanıb

Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı hazırlanıb. Dövlətimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan, təhlükəsizliyini və müdafiəsini təmin edən Silahlı Qüvvələrin yaradılmasının 102-ci ildönümünə həsr olunan proqramın çəkilişləri Mərkəzin interyer və eksteryerində, tamaşaçı iştirakı olmadam aparılıb.

Trend-in məlumatına görə, konsertdə Xalq artistləri Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Əməkdar artistlər Manana Caparidze, Lalə Məmmədova, Nurlan Növrəsli, tanınmış müğənnilər Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ayaz Qasımov, Elnur Məmmədov və Elçin Cəfərov vətənpərvərlik mahnıları təqdim ediblər.

Proqramda Silahlı Qüvvələrin tərkib hissəsi olan Azərbaycan Ordusu və başqa silahlı birləşmələrin nümayəndələrinin, Qarabağ müharibəsi iştirakçısının fikirləri də əksini tapıb.

Konsert iyunun 26-da Azərbaycan Televiziyası (AZTV) və İctimai Televiziyada saat 21:30-da yayımlanacaq

ƏvvəlkiTaksi sürücülərinin fərqlənmə nisanlarını almasında yenilik
NövbətiTürkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib