“Türk ordusunda döyüşmək istəyirik” – Azərbaycanda könüllülər hərəkatı başlayıb

Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyat Azərbaycan cəmiyyətində də maraq və həyacanla izlənir. Hətta Türk Ordusunun sıralarında döyüşmək üçün müraciət edənlər də var.

Bu barədə musavat.com -a danışan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, artıq 1000 Azərbaycan vətəndaşı könüllü olaraq müraciət edib:

“Türkiyənin Suriyada keçirdiyi əməliyyati Azərbaycan Qaziləri , təqaüddə olan zabitlər, şəhid alələri , gənçlərimiz, QHT-lər və bütünlükdə Azərbaycan xalqı ürəkdən dəstəkləyir.

Müzəffər Türk ordusuna qısa zamanda qələbə qazanmasını arzulayırıq. Azərbaycan qaziləri və gəncləri Türk ordusunun tərkibində Suriyada döyüşmək istəyirlər. 1000 -dən artıq qazilər və gənclər artıq müraciət ediblər.

Biz hər zaman qardaş Türkiyənin və onun ordusunun yanındayıq. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə uzun ömür can sağlığı arzulayıram . Tanrı Türk ordusu qalib etsin”.