Azərbaycanlı qazilər Ankarada Anıtqəbri və Ulu Öndərin abidəsini ziyarət ediblər

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısının qardaş ölkəyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi iştirakçıları yanvarın 7-də Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət ediblər.

Sonra azərbaycanlı qazilər tərəfindən Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.

ƏvvəlkiPrezident İlham Əliyev Lüksemburqun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
NövbətiBaş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib