Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” oktyabr ayının 4-dən 18-ə qədər endirim kampaniyası elan edir. 19 istiqaməti əhatə edəcək endirim kampaniyası çərçivəsində əldə olunan biletlərin istifadə müddəti 5 oktyabr-27 dekabr tarixlərini əhatə edir.
Kampaniya çərçivəsində səyahətsevərlər istər Yaxın (Təl-Əviv), istər Uzaq Şərq (Tokio), istərsə də ekzotiv Cənubi Amerikanı (Buenos-Ayres) endirimli qiymətlərlə kəşf etmə imkanı qazanırlar. Endirim kampaniyasında Təl-Əviv istiqamətində biletin qiyməti 299 Avro, Tokio istiqamətində 819 Avro, Buenos-Ayres istiqamətində isə 899 Avro təşkil edir. Kampaniyada yer almış şəhərlərin siyahısında həmçinin Nyu-York (559 Avro), Kuala Lumpur (659 Avro), London (548 Avro) və Parisin də adı yer alıb (399 Avro).
Qeyd edək ki, təklif olunan qiymətlər Avro ilə göstərilib, gediş-qayıdış üçün nəzərdə tutulub və vergilər də göstərilən qiymətlərə daxildir.
| İSTİQAMƏT | QİYMƏT |
| Təl-Əviv | 299 Avro |
| Nyu-York | 559 Avro |
| Toronto | 719 Avro |
| Monreal | 729 Avro |
| Tokio | 819 Avro |
| Phuket | 599 Avro |
| Kuala-Lumpur | 659 Avro |
| Banqkok | 579 Avro |
| Berlin | 439 Avro |
| London | 548 Avro |
| Buenos-Ayres | 899 Avro |
| Vilnüs | 339 Avro |
| Hyuston | 759 Avro |
| Boqota | 917 Avro |
| Budapeşt | 439 Avro |
| Venesiya | 519 Avro |
| Neapol | 569 Avro |
| Paris | 399 Avro |
| Cenevrə | 438 Avro |






















































