İçərişəhərdə “Azərbaycan xalçaları” adlı sərgi açılacaq

Oktyabrın 12-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında “Azərbaycan xalçaları” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi, “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşacaq.

Dekorativ Tətbiqi Sənət Festivalı çərçivəsində təşkil olunacaq sərgidə müxtəlif növ xalçalar nümayiş ediləcək. Sərginin təqdimatında hər kəs iştirak edə bilər.

ƏvvəlkiVladimir Putin MDB dövlət başçılarını Sankt-Peterburqdakı sammitə dəvət edib
Növbəti“Türk Hava Yolları” Bakıdan 19 istiqamətdə uçuşa endirim elan edir