Vladimir Putin MDB dövlət başçılarını Sankt-Peterburqdakı sammitə dəvət edib

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinə üzv olmayan MDB ölkələrinin liderlərini qurumun dekabrın 20-də Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitinə dəvət edib.

Türk.az RİA “Novosti”yə istinadən xəbər verir ki, V.Putin bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən məlumat verib.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən görüşündə dünən Türkmənistana gedən Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

ƏvvəlkiBakı-Gəncə sürət elektrik qatarının marşrutu Ağstafaya qədər uzadıla bilər
Növbətiİçərişəhərdə “Azərbaycan xalçaları” adlı sərgi açılacaq