Türk Dövlətləri Təşkilatı Qazaxıstana dəstək verməyə hazırdır

Türk Dövlətləri Təşkilatı Qazaxıstanda baş vermiş hadisələrlə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda təşkilatın üzv ökəsi Qazaxıstanla həmrəylik ifadə olunur və Qazaxıstan xalqına və rəhbərliyinə zəruri dəstək verməyə hazır olduğu bildirilir:

“Qazaxıstan rəsmilərinin gərginliyi dinc şəkildə azaltmaq, nizam və sabitliyi bərpa etmək iqtidarında olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duyduqları dəstəyi verməyə hazır olduğumuzu bildiririk. Hadisələrdə həyatını itirmiş şəxslərə başsağlığımızı verir, yaralıların tezliklə sağalmasını azulayırıq”, – deyə bəyanatda deyilir.

ƏvvəlkiMərkəzi Bank: Valyuta hərracında tələb 114,1 milyon ABŞ dolları təşkil edib
NövbətiQazaxıstanda telekanalın binası mühasirəyə alınıb, ölənlər var