“TurAz Qartalı-2022” təlimində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.

Təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.

Əvvəlki“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi növbəti layihəsinin icrasına başladı
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb