“TikTok” Rusiyada qismən fəaliyyətini dayandırır

“TikTok” sosial şəbəkəsi Rusiya qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqədar ölkə ərazisində yeni məzmunun yayılmasını və canlı yayım imkanlarını müvəqqəti dayandırır.

Trend xəbər verir ki, bu barədə bazar günü sosial şəbəkənin saytında yerləşdirilmiş bəyanatda deyilir.

“Rusiyanın yeni saxta xəbərlər haqqında qanunu fonunda bu qanunun təhlükəsizliklə bağlı nəticələrini qiymətləndirənə qədər bizim video xidmətimizdə canlı yayımları dayandırmaqdan və yeni məzmunu dərc etməyə məhdudiyyət qoymaqdan başqa seçimimiz qalmır”, – bəyanatda deyilir.

Bununla belə qeyd olunur ki, qərar proqramdaxili mesajlaşma funksiyasına təsir etməyəcək.

ƏvvəlkiProkurorluq Qəbələdə gənc qadının ana və yeniyetmə oğlu tərəfindən qətli barədə məlumat yayıb
NövbətiQadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin dayağıdır