Teymur Rəcəbov “Champions Chess Tour”un ikinci turnirində mübarizə aparacaq

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə dekabrın 26-da başlayacaq “Champions Chess Tour”un ikinci turnirində mübarizə aparacaq şahmatçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, turnirdə şahmatçımızla yanaşı, dünya çempionu Magnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Hollandiya), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Daniil Dubov (hər üçü Rusiya), Levon Aronyan (Ermənistan), David Anton Quixarro (İspaniya) və Pentala Harikrişna (Hindistan) da mübarizə aparacaqlar.

Xatırladaq ki, seriyanın ilk turnirində T.Rəcəbov mübarizə aparıb və dörddəbir finala qədər irəliləyib.

ƏvvəlkiErmənilər Xudavəng monastır kompleksini talan edib
NövbətiTürk Şurası ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ilə bağlı açıqlama yayıb