Türk Şurası ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ilə bağlı açıqlama yayıb

Azərbaycanın sədrlik etdiyi Türk Şurası ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qərarın ədalətsiz olduğu bildirilir.

“Biz Türkiyənin yanındayıq. Bu məsələnin obyektiv, real və qərəzsiz şəkildə, dialoq və diplomatiya yolu ilə həll edilməsinə dair Türkiyənin təklifini dəstəkləyirik”, – deyə açıqlamada qeyd olunur.

ƏvvəlkiTeymur Rəcəbov “Champions Chess Tour”un ikinci turnirində mübarizə aparacaq
NövbətiBakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən Türkiyənin ilk ixrac qatarı Çinlə sərhədə çatıb