Teledərslərin noyabrın 27-nə olan cədvəli

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 27-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (“https://video.edu.az/”), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

Əvvəlkiİctimai birlik tərəfindən Zoom proqramı üzərindən seminarlar təşkil edilir
NövbətiAğsunun icra başçısı vəfat edib