“Taxıl dəhlizi” vasitəsilə Ukraynanın 12 milyon tondan çox kənd təsərrüfatı məhsulu ixrac edilib

“Taxıl dəhlizi” çərçivəsində Odessa limanlarından daha 7 gəmi yola düşüb. Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 248 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa ölkələrinə yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Hazırda Ukrayna limanlarında 19 gəmi var. Onlara Ukraynanın 740 min ton kənd təsərrüfatı məhsulu yüklənir.

“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 12,2 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub. Məhsullar Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb. Ümumilikdə 501 gəmi yola düşüb.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 39 yoluxma faktı qeydə alınıb
NövbətiTürkiyədə avtomobillər üçün sürətli elektrik şarj stansiyaları qurulur