Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkar edilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

ƏvvəlkiTürkdilli dövlətlərin siyasətinə dəstək fondu Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumları pisləyib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 70 yoluxma faktı qeydə alınıb