Tərtər rayonunda mina partlayışı nəticəsində üç nəfərin həlak olması ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Tərtər rayonunda mina partlayışı nəticəsində üç nəfərin həlak olması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat verilib. İlkin araşdırma zamanı həmin ərazidə tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiQHT nümayəndəsinin minaya düşməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlanıb
NövbətiFHN əməkdaşları Formula 1-də xüsusi təyinatlı nəqliyyat vasitələri ilə fasiləsiz xidmət göstərir