TƏBİB: Azərbaycanda koronavirusun Hindistan ştamı qeydə alınmayıb

Azərbaycanda yeni növ koronavirus infeksiyasının (COVID-19) müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, bu günə kimi ölkədə koronavirusun Hindistan ştamı (“Delta”) rəsmi şəkildə qeydə alınmayıb.

Bildirilib ki, buna baxmayaraq, vətəndaşların epidemioloji vəziyyəti nəzərə alaraq, müvafiq sanitariya və gigiyena qaydalarına riayət etmələri tövsiyə olunur.

Qeyd edək ki, koronavirusun Hindistan ştamı (“Delta”) çox yüksək sürətlə yayılır. Ümumdünya Tibb Assosiasiyasının məlumatına görə, bu bakteriyalar mutasiya nəticəsində dərhal xəstənin boğazında kök salır. Koronavirusun “Delta” ştamı ilə yoluxanlar bir neçə saatdan sonra daşıyıcıya çevrilə və elə ilk günlərdən COVID-19-u yaya bilərlər. Əhalinin peyvəndlənməsi koronavirusun Hindistan ştamından da xilas olmağın yeganə yoludur.

Xatırladaq ki, indiyə qədər “Delta” ştammı qonşu Rusiya və Gürcüstan da daxil olmaqla, dünyanın 90-dan çox ölkəsində qeydə alınıb.

ƏvvəlkiRusiya ilə Türkiyə liderləri Qarabağla bağlı müzakirə aparıb
NövbətiAzərbaycanda daha 51 nəfər koronavirusa yoluxub, ölən olmayıb