Şuşada sülhməramlıların “KamAZ”ı aşıb, ermənilərə məxsus avtomobillərdə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şuşa rayonu, Şuşa-Laçın avtomobil yolunun Turşsu kəndi yaxınlığından keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən “Report”a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şuşa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus “KamAZ” markalı, həcmi 8 ton olan yanacaqdaşıyan avtomobilin yol kənarına aşması ilə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi müəyyən olunub. Hadisə zamanı yol kənarında dayanan erməni vətəndaşlara məxsus “Hummer” və “Mercedes” markalı avtomobillərdə də yanğın baş verib.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf ərazilərə yayılmasına imkan verilməyib.

ƏvvəlkiQondarma rejimin keçmiş “xarici işlər naziri” Azərbaycana təslim olur
NövbətiFHN-nin əməkdaşları Xankəndi yaxınlığında partlayışın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər