Qondarma rejimin keçmiş “xarici işlər naziri” Azərbaycana təslim olur

Qarabağ bölgəsindəki separatçıların keçmiş “xarici işlər naziri” David Babayan Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olmaq üçün Şuşaya yollanıb.

“Report” xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

D.Babayan bildirib ki, Azərbaycan onun istintaqla bağlı Bakıya gəlməsini tələb edib: “Mən bu gün Xankəndidən Şuşaya getməyi qərara almışam”.

ƏvvəlkiQarabağdakı qeyri-qanuni rejim özünü buraxdığını elan edib
NövbətiŞuşada sülhməramlıların “KamAZ”ı aşıb, ermənilərə məxsus avtomobillərdə yanğın olub