Suriya İsrailin hərbi təyyarəsini vurub

Suriyanın Hava Hücumundan Müdafiə sistemi cümə axşamı Dəməşqin cənubunda yerləşən Əl-Kisva yaşayış məntəqəsi üzərində İsrailin hərbi təyyarəsini və hədəfə yönəlmiş 4 raketini vurub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ərəb ölkəsinin təhlükəsizlik orqanlarındakı mənbə deyib.

“Bizim Hava Hücumundan Müdafiə sistemlərimiz İsrailin təyyarəsi və dörd raketini hədəfə çatmamış vurub”, – deyə mənbə bildirib.

O qeyd edib ki, beləliklə Əl-Kisva rayonunda hədəflərə yönəlmiş bütün raketlər vurulmuş olub.

Bundan əvvəl Suriya ordusu Hələbə xlorlu mərmi atan terrorçulara cavab zərbələri endirib.

ƏvvəlkiVarşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” müzakirə olunub
NövbətiŞəkidə turistlərin olduğu avtomobil qəzaya düşüb