Şəkidə turistlərin olduğu avtomobil qəzaya düşüb

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Şəki-Kiş avtomobil yolunda baş verən qəza zamanı xəsarət alan 7 nəfərdən 3-ü 99-KM-395 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobilində olan Bəhreyn vətəndaşları –  Nohuma Teyfulla, Abdulla Sales və Nəsiri Abdulladır.

Xəsarət alanlardan 4-ü “Mercedes” markalı avtomobildə olan Şəki rayon sakinləri – Pərvanə Fikrət qızı Məmmədəminova, Şəbnəm Məmməd qızı Məmmədova,Tariyel Məzahir oğlu Səmədli və İsrafil Fikrət oğlu Rzayevdir.

Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan Bəhreyn vətəndaşlarının vəziyyəti normal, digərlərinin vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiSuriya İsrailin hərbi təyyarəsini vurub
Növbəti09 dekabr 2018-ci ildən sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək