Sumqayıtda sərnişin sürücünü bıçaqla hədələyərək pulunu talayıb

Sumqayıtda sərnişin sürücünü hədələyərək pulunu talayıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

İyunun 29-da Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində “Khazar” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiSon on gündə İrandan Azərbaycana göndərilən 13 milyon manatlıq narkotik aşkarlanıb
NövbətiBakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var