Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 4 qadın ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.

Kompleksindəki üçüncü binasının lifti qırılıb.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb olunub: “Dördnəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

ƏvvəlkiSumqayıtda sərnişin sürücünü bıçaqla hədələyərək pulunu talayıb
NövbətiUkrayna kəşfiyyatı: “Rusiya ordusu Zaporojye AES-i tərk edir”