Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib

Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də şəhər ərazisindəki 8 avtomobildən pul, ətir və maqnitofon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri – əvvəllər məhkum olunmuşlar Elxan İsayev, Ülvi Əliyev, həmçinin Xəyal Əlili, Taleh Ağayev və Kənan Burcalıyev saxlanılıblar.

Əvvəlki“FETÖ işi” ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ilə bağlı DMX-yə sorğu veriləcək
NövbətiRayonlarda qar, leysan yağacaq, dolu düşəcək