“FETÖ işi” ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ilə bağlı DMX-yə sorğu veriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham tərəfinin təqsirləndirilən şəxs haqqında Dövlət Miqrasiya Xidmətinə sorğu verilməsi barədə vəsatəti müzakirə edilib.

Məhkəmə verilən vəsatəti təmin edib.

ƏvvəlkiZaqatala sakini bıçaqlanıb
NövbətiSumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib