Sumqayıtda ağacların kəsilməsi nəticəsində təbiətə 26 min manatdan çox ziyan dəyib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 104 ünvanında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Fərid Piriyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Azərstone” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kəsildiyi və təbiətə 26 min 100 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

ƏvvəlkiAQTA bu il məhv etdiyi yararsız məhsulun həcmini açıqlayıb
NövbətiRövşən Nəcəf: “Dostluq” yatağı faydalı əməkdaşlıq üçün yeni imkanlar açır”