Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a verdiyi məlumata görə,İnfrastruktur Departamentinin “Əsaslı Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasənişlər davam edir. İşlər bir sıra istiqamətdə aparılır.

İnfrastruktur Departamentinin “Əsaslı Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.

“Əsaslı Təmir” MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, hazırda Sumqayıt sərnişin stansiyasınınelektrik təchizatı sistemi yenidən qurulur. Burada 20 ədəd yeni rigel quraşdırılıb və 20 ədəd dayaq basdırılıb.

Təmir işləri davam edir.