STM: Respondentlərin 72 faizi Prezidentin həyata keçirdiyi islahatların uğurlu olacağına inanır – SORĞU

Azərbaycan Sosial Tədqiqatlar Mərkəzi (STM) keçirdiyi növbəti rəy sorğusunun nəticələrini açıqlayb.

“Report”un xəbərinə görə, sorğu çərçivəsində 1212 nəfərə “Prezident tərəfindən həyata keçirilən islahatların uğurlu olacağına nə dərəcədə inanırsınız?” sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin 72 faizi islahatların uğurlu olacağına inandığını bildirib.

Respondentlərin 23 faizi qismən inandığını, 5 faizi isə inanmadığını deyib.

ƏvvəlkiAzərbaycan neftinin bir barrelinin qiyməti 65 dollara düşüb
NövbətiRusiyanın XİN başçısı Gürcüstanla bağlı NATO-ya xəbərdarlıq edib