Azərbaycan neftinin bir barrelinin qiyməti 65 dollara düşüb

Azərbaycan neftinin qiyməti ucuzlaşır.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,77 dollar geriləyərək 65,11 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

ƏvvəlkiSergey Lavrov: “Gürcüstana birbaşa aviauçuşların bərpa edilməsi düzgün olar”
NövbətiSTM: Respondentlərin 72 faizi Prezidentin həyata keçirdiyi islahatların uğurlu olacağına inanır – SORĞU