Söyüdlü kənd sakinlərinin tibbi müayinələri təşkil edilib

Gədəbəyin Söyüdlü kəndində əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə səhiyyə orqanları tərəfindən Söyüdlü kənd sakinlərinin tibbi müayinələri təşkil edilib.

“Report” xəbər verir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərdən ibarət tibbi briqadası tərəfindən Söyüdlü həkim tibb məntəqəsində yerli sakinlərin tibbi müayinələri aparılır.

Həkim briqadasının tərkibinə terapevt, kardioloq, pediatr, lor, cərrah, nevroloq, psixiatr, ultrasəs və laborator xidmətlər üzrə mütəxəssislər daxildir.

İndiyədək müayinədən keçmək üçün müraciət edən 30 nəfərədək vətəndaşın hər biri zəruri laborator və instrumental müayinələrdən keçirilib və onlarda xüsusi patologiyalar aşkar edilməyib.

ƏvvəlkiŞuşada “Muğam aləmi” 6-сı Beynəlxalq Musiqi Festivalının konsert proqramı olub
NövbətiKomissiya: “Gədəbəyin Söyüdlü kəndində su və torpaq nümunələri götürülərək analizlər aparılır”