Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 1119 nəfər sağalıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1017 yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 491 min 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 min 980 nəfər müalicə olunaraq sağalıb, 6 min 654 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 513 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 679, bu günə qədər isə ümumilikdə 4 milyon 944 min 352 test icra olunub.

ƏvvəlkiBu gün COVID-19 əleyhinə 40 min dozaya yaxın peyvənd vurulub
NövbətiGəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib